Yuto Naqatomo “Neftçi” ilə oyunda qorunacaq
03.10.2012 - 11:36
Yuto Naqatomo “Neftçi” ilə oyunda qorunacaq
İtaliyanın “İnter” klubunun futbolçusu Yuto Naqatomonun Avroliqanın qrup mərhələsində “Neftçi” ilə sabahkı oyunda meydana çıxması sual altındadır. Apasport.az saytının məlumatına görə, Bakıya gətiriləcək 20 nəfərlik heyətdə yer verilən yaponiyalı sol cinah müdafiəçisinin zədə problemi car. O, bunu A seriyasının ötən turunda “Fiorentina”ya evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunun sonunda alıb.

Bu üzdən Naqatomoya Tofiq Bəhramov adına Respublika stadionunda oyunda ehtiyatda saxlanılıb, istirahət veriləcəyi gözlənilir. Baş məşqçi Andrea Stramaççoni riskə getməyərək, Naqatomonu A seriyasında oktyabrın 7-də “Milan”la derbi oyuna qorumaq istəyir.

Qeyd edək ki, ilk turda “Rubin”lə 2:2 hesabı ilə nəticələnən ev oyununda “İnter”i məğlubiyyətdən məhz Yuto son dəqiqələrdə vurduğu qolla xilas etmişdi.