Ramos: Azərbaycan yığması haqda heç nə bilmirəm
03.10.2012 - 11:52
“Azərbaycan yığması haqda heç nə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 20 yaşadək futbolçulardan ibarət ABŞ yığmasının baş məşqçisi Tab Ramos deyib.
Vaxtilə tanınmış futbolçu olan mütəxəssis İspaniyada keçiriləcək Marbelya kuboku və yarışa hazırlıq haqda müsahibə verib.
Ramos yarışdakı rəqiblərindən olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası haqda da danışıb: “Düzdür, biz ötən il onlarla qarşılaşmışdıq. Lakin Almaniyada baş tutan həmin qarşılaşmada bizə qarşı meydana çıxan komanda tam fərqli heyət idi. İndi nisbətən kiçiklərdən təşkil olunan yığma ilə görüşəcəyik. Lakin məni rəqiblərimiz maraqlandırmır. Əsas öz oyunçularımızın durumudur. Bu futbolçular inkişaf edib irəliləməlidir”.

0
0