“Qarabağ” oyunun keçiriləcəyi məkanda
03.10.2012 - 12:51
Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Kəpəz”in qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi Gəncəyə yollanıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi artıq Azərbaycanın 2-ci böyük şəhərindədir. “Qarabağ” bu gün saat 17:00-da oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda məşq keçəcək. Hazırlıq 1 saat davam edəcək.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu sabah saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu sabah saat 16:00-da keçiriləcək.
0
0