“Azərbaycan çempionu təxminən “İberiya” ilə eyni səviyyədədir” – MÜSAHİBƏ
03.10.2012 - 14:04
Sloveniyalı Qasper Vrhoveç şərəfini qoruduğu “Litija” futzal klubunun saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, 24 yaşlı oyunçu UEFA kubokunun elit-raundu haqda - İspaniya “Barselona”sı, Azərbaycan çempionu “Araz” və Xorvatiya “Split”i ilə mübarizə haqda danışıb.
- Zədədən sonra ötən həftə meydana dönmüsünüz. İndiki durumunuz necədir?
- Özümü yaxşı hiss edirəm. Avrokuboklara qədər tam formamı bərpa edəcəyəm. Həmin vaxt 100 faiz hazır olacağam.
- UEFA kubokunun oyunlarına necə hazırlaşırsınız?
- Adi qaydada. Komanda ilə hazırlaşıb, rəqiblərin oyunlarını təhlil edirik.
- Rəqiblər haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, Azərbaycan çempionu təxminən Gürcüstan təmsilçisi “İberiya” ilə eyni səviyyədədir. “Split” isə bizimlə eyni gücdə olar. “Barselona” haqda hər şey bilirik. Bu komanda çox səviyyəli oyunçulardan təşkil olunub. Bütün mövqelərdə ulduzlar çıxış edir. Həmin matç bizim üçün çox çətin olacaq.
- Hazırlıq prosesi başa çatmaq üzrədir. Komanda hansı durumdadır?
- İstənilən səviyyədə güclü olduğumuzu deməyə çətinlik çəkirəm. Ümid edirəm ki, həqiqətən də güclüyük. Buna “Araz”la ilk oyunda aydınlıq gələcək. Amma İqlya və Pantiç cəza üzündən həmin matçda bizə kömək edə bilməyəcək.
- “Barselona” kimi rəqibin gəlməsi tribunalarda anşlaq yaradacaqmı?
- Mənə elə gəlir ki, ilk oyunumuzda da tribunalar dolu olacaq. İspaniyalıların qarşılaşmasına isə bilet satışı oyundan əvvəl başa çatacaq.
- Bu turnirdən nə gözləyirsiniz?
- İlk növbədə reytinqimizin, Sloveniya futzalının nüfuzunun artmasına ümid edirəm. Nəticə baxımından nə isə demək çətindir. Amma mümkün qədər çox xal toplamalıyıq.

0
0