“İllik büdcəmiz 7 milyon avrodur”
03.10.2012 - 14:48
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov İtaliyanın məşhur “La Gazetta Della Sport” qəzetinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, qəzetin redaktoru, eyni zamanda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının prezidenti olan Gianni Merlo bu məqsədlə ölkəmizdə qonaq olub. “Neftçi” Avroliqanın qrup mərhələsində növbəti oyununu “İnter”lə keçirdiyindən italyanların diqqət mərkəzində olan Sadıqov söhbətinə bu posta gəlişindən başlayıb.
- 2009-cu ilin dekabrın 9-da klubun prezidenti təyin olundum. Çempionatımız 2 mərhələdən ibarətdir. 12 komanda 22 oyundan ibarət təsnifat mərhələsində çıxış edir. İlk “altılıq”da yer alan komandalar final mərhələsində mübarizə aparır. Məhz oradakı 10 oyun hansı komandanın çempion olmağına aydınlıq gətirir. Komandamızın 75 yaşı var. 1966-cı ildə SSRİ çempionatının bürünc medalçısı olub. Mən kluba gələn mövsümdə mükafatçılar sırasına düşə bilmədik və buna görə inqilab etməli oldum.
- Necə?
- Çempionatın sonunu gözlədim və 17 futbolçu ilə məşqçini vəzifəsindən azad etdim.
- Praktiki olaraq komandasız qaldınız...
- Yox, mən komandanı yenidən qurdum.
- Çox pul xərclədiniz?
- Yox. Üçüncü məşqçimiz (Arif Əsədov nəzərdə tutulur) gənc idi, ona güvəndik. Biz gənc yetirmələrimizə inanırıq. İllik büdcəmiz 7 milyon avro təşkil edir, ən yüksək ödənişli futbolçumuz ildə 300 min avro qazanır. Ancaq rəqəmlər əsas deyil. Klub tədricən inkişaf etməlidir. Mən bunun üzərində çalışdım. Flavinyonu “Korintians”, “Cenoa”nın əlindən aldıq. Bizdə əvvəl icarədə oynadı, sonra transfer hüquqlarını aldıq. Flavinyo komandamızın bir hissəsidir. Meydanı yaxşı görür və uzaqdan fantastik zərbəsi var. Legionerlər və gənc futbolçulardan ibarət heyətlə çempionluğu qazandıq.
- Bu, sanki nağıldır...
- Bu, real vəziyyətdir. Gənc məşqçimiz təhsilini artırmağa getdi və biz onu buraxdıq. O, bütün kurslarını əla şəkildə bitirdi və indi digər yerlərdə təcrübə yığır. Biz baş məşqçi postuna Böyükağa Hacıyevi təyin etdik və onunla da çempionluğu qazandıq.
- Ancaq təəssüf ki, 2 ay öncə Hacıyev Moskvada beynindən əməliyyat olundu və hazırda səsində problem var. Siz bu vəziyyətdə nə edirsiniz?
- O, əvvəlki kimi baş məşqçimizdir. Hacıyevin sağ əli Tərlan Əhmədov onun kağızda yazdıqlarını futbolçulara çatdırmaqla meydanda həyata keçirdir. Onlar fantastik cütlükdür.
- Yayda 7 futbolçunuz əsas komandadan getdi. Onlardan ən yaxşı müdafiəçiniz (Ruslan Abışov nəzərdə tutulur) Lənkərana getdi, əzəli rəqibiniz transfer etdi...
- Biz heyətimizi yenilədik. Gənc futbolçularımızı inkişaf etdiririk. Əsas komandamızdakı 5 futbolçunun yaşları 21-ə kimidir. Braziliyalı Bruno Bertuççu və çilili Nikolas Kanales kimi dəyərli legionerlər aldıq. Avroliqanın qrup mərhələsinin ilk oyununda səfərdə “Partizan”la heç-heçə etdik. Start yaxşı oldu. Hesab edirəm ki, biz növbəti oyunlarımızda “Rubin”dən də xal almaq gücündəyik.
- Bəs “İnter”dən?
- “İnter”ə qarşı oynamaq bizim arzumuzdur. Ancaq bu, həmçinin onu deyir ki, biz qalib gələ bilərik. İtiriləsi heç nəyimiz yoxdur. Əgər növbəti mərhələyə çıxsaq, yəqin ki, heyətimizdə güclənmə olacaq.

0
0