“İnter”in futbolçusu: Qrup lideri olmaq istəyirik
03.10.2012 - 14:58
“Qarşıda bizi 2 böyük qarşılaşma gözləyir. Bunlardan birincisi Avropa Liqasında “Neftçi” ilə səfərdəki matçdır. Bu qarşılaşmaya çox ciddi hazırlaşmışıq, çünki qrupda hamıdan güclü olmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda “Neftçi”nin sabah “Tofiq Bəhramov”da qarşılaşacağı “İnter”in kapitanı Xavyer Zanetti deyib.
39 yaşlı futbolçu bazar günü keçiriləcək Milan derbisi barəsində də danışıb: “Biz bu böyük oyunu səbirsizliklə gözləyirik. Derbi derbidir, burda favorit olmur. Ümid edirəm ki, “Milan”la matçda qalib gələcəyik. Bu öz gücümüzə inamımızı artırar”.
Qeyd edək ki, Zanetti Bakıya gəlməyəcək.

0
0