Azərbaycandakı dünya çempionatı tarixə düşdü
03.10.2012 - 17:17
FİFA Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının qrup mərhələsinin yekunları ilə bağlı müxtəlif statistik göstəricilər haqda məlumatlar verir. Apasport.az saytının məlumatına görə, ¼ final iştirakçılarından üçü – KXDR, Almaniya və Yaponiya yığmaları hər 3 turnirdə bu mərhələyə çıxıb. Bunlardan koreyalılar hər 2 dəfə qalib gəlibsə, digərləri hərəyə 1 dəfə buna nail olub.
Cənubi Koreya, Braziliya, Kanada, Nigeriya ¼ finala 2, İngiltərə, İspaniya, ABŞ, Danimarka, İrlandiya, Fransa və Qana 1 dəfə vəsiqə qazanıb. Özü də sonuncu 2 yığma buna məhz ölkəmizdə nail olub.
Dünya çempionatlarının 1/4 finalında ən çox təmsilçilər Avropa və Asiyadan olub – hərəyə 8. Azərbaycandakı turnir o mənada tarixə düşdü ki, ilk dəfə ¼ finalda 5 müxtəlif Konfederasiyadan yığma komanda olacaq.
DÇ-2012-nin qrup mərhələsi 2008 və 2010-cu illərlə müqayisədə ən məhsuldar olub. Belə ki, ölkəmizdə keçirilən 24 oyunda 104 qol vurulub. Bu da 2 il öncə ilə müqayisədə 10 qol çoxdur. 2008-ci ildə isə 83 qol vurulub.
Qrup mərhələsində qapıya ən çox zərbəni qrupumuzda rəqibimiz Nigeriya yığması vurub – 47. Ən çox qol (17) Yaponiya millisinin hesabındadır. Nigeriyalılar həmçinin hamıdan çox – 32 künc zərbəsi yerinə yetirib. Ən çox qayda pozuntusuna Almaniya yığması yol verib – 47. Yaponiya isə 13 dəfə qayda pozuntusuna yol verdiyindən, ən intizamlı komandadır.
Azarkeş sayında rekord Azərbaycan – Kolumbiya matçında olub. Belə ki, sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda açılış mərasimindən sonra keçirilən matçda 32050 min nəfər tribunalarda olub.

0
0