“İnter” Bakıya çatdı
03.10.2012 - 18:00
Azərbaycan çempionu “Neftçi” ilə futbol üzrə Avropa Liqası matçında üz-üzə gələcək İtaliyanın “İnter” komandası Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, “İnter”i çarter reysi ilə gətirən təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Qonaqlar hava limanında qalacaqları “Hyatt Park” otelinə yollanacaqlar. Saat 19:00-da komandanın baş məşqçisi Andrea Stramaççioni Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirəcək. Saat 19:30-da isə “İnter” ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqə çıxacaq.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək “Neftçi” – “İnter” matçı saat 21:00-da başlanacaq.

0
0