Andrea Ranokkiya: “Milan”la yox, “Neftçi” ilə oyunu düşünürəm
03.10.2012 - 18:38
Andrea Ranokkiya: “Milan”la yox, “Neftçi” ilə oyunu düşünürəm
“Özümü həm fiziki, həm də psixoloji planda yaxşı hiss edirəm. İndi yığmaya yox, bütün diqqətimi klubumdakı oyunlara yönətlmişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İtaliyanın “İnter” klubunun futbolçusu Andrea Ranokkiya deyib.

Avroliqanın qrup mərhələsində “Neftçi”nin rəqibi olan Milan klubunun müdafiəçisi bu gün Bakıda keçirilən mətbuat konfransında iştirak edib.

Ranokkiya milliyə dəvət alacağı təqdirdə, böyük məmnuniyyətlə çıxış edəcəyini bildirib: “Hələlik “İnter”in oyunu məni maraqlandırır. Açığı, “Milan”la qarşıdakı derbi haqda indi fikirləşmirəm. Hazırda bütün diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişəm və sabahkı oyuna qalib gəlmək istəyirik. “Milan” derbisində isə komanda yoldaşım olmuş, hazırda rəqib düşərgədə olan Patsinini görmək mənim üçün xoş olacaq”.