Böyükağa Hacıyev: Sabah Bakıda XXI əsrin böyük oyunu olacaq
03.10.2012 - 18:57
Böyükağa Hacıyev: Sabah  Bakıda XXI əsrin böyük oyunu olacaq
“Sabah Bakıda XXI əsrin böyük oyunu olacaq”. Apasport.az saytının məlumatəına görə, bu fikirləri Avroliqada Azərbaycanı təmsil edən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, bu gün keçirilən mətbuat konfransında iddialı olduqlarını və sabah qəbul edəcəkləri “İnter”dən çəkinmədiklərini bildirib: “İnanıram ki, “İnter”lə matçda Azərbaycan futbolunun inkişafda olduğunu görəcəyik. Rəqibimizin Avropanın 10 ən güclü klublarından biridir. “İnter”in adından, titulundan şəkinmirik. Sübut edəcəyik ki, “Neftçi” Avropanın layiqli komandalarından biri olmağa çalışır. Rəqibimizi yaxşı öyrənmişik və ona böyük hörmətlə yanaşırıq”.

“İnter”in heyətində dünya şöhrətli futbolçuların olduğunu bildirən Hacıyev rəqibin 5 oyununa baxdığını söyləyib: “Əsas diqqəti çəkən sabit heyətin olmamağıdır. Bu, baş məşqçinin əlinin altında çoxlu futbolçu ilə bağlıdır. Ancaq futbolda sabit heyət önəmlidir. İtalyanları öz silahı ilə vurmağa çalışacağıq. Futbolçumuz Bruno Bertuççi onları yaxşı tanıyır”.

Çalışdırıcı “İnter”in təcrübəli futbolçularının gəlməməyinə də münasibət bildirib: “Rəqibimizin qarşıda “Milan”la derbi oyunu gözləyir. Bu üzdən aparıcı futbolçularına Bakıya gətirməyiblər. Həmkarımın əlimin altında 37 futbolçu var. O, oyunçu sarıdan korluq çəkməyərək, heyətdə istənilən vaxt eksperiment edə bilər. Mən Zanetti, Milito, Kassano kimi ulduz futbolçuların bura gəlib, onlara qarşı oynamağımızı çox istərdim. Həmin rübəli təcfutbolçular dağın zirvəsində olanlar, Bakıya gələnlə isə zirvəyə doğru irəliləyənlərdir. Bizə qarşı oynayan futbolçuılar böyük motivasiya ilə çıxış edəcəklər. Komandamızda psixoloji baxımdan heç bir problem yoxdur və “İnter”lə oyuna tam hazırıq”.