Mahir Şükürov üstünlükdən danışdı
03.10.2012 - 19:02
Mahir Şükürov üstünlükdən danışdı
“İnter”ə böyük hörmət edirik, ancaq ondan çəkinmirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin vitse-kapitanı Mahir Şükürov deyib.

O, Avroliqanın qrup mərhələsində “İnter”lə ev oyununa qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “İnter”i yaxşı təhlil etmişik. Ciddi rəqibdir. Ancaq biz qalib gəlmək istəyirik. Evdə oynamağımız bizim üstünlüyümüz olacaq. Qalib gəlib, azarkeşlərimizi, klub prezidentini sevindirmək istəyirik”.

Mahir rəqibin heyətində aparıcı futbolçularının olmamağını üstünlük saymır:“Fikrimcə, “İnter“də zəif futbolçu ola bilməz. Düzdür, Bakıya gəlməyənlər böyük təcrübəsi olan futbolçulardır. Ancaq bizə qarşı oynayacaq futbolçular da səviyyəlidir və bu üzdən bizi asan matç gözləmir“.