Bruno Bertuççi: “İnter” nə qədər güclü olsa da...
03.10.2012 - 19:07
“Dünyanın ən güclü komandalarından birinə qarşı oynayacağıq. “İnter”lə qarşılaşma bizim üçün vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin braziliyalı futbolçusu Bruno Bertuççi deyib.
Sol cinah müdafiəçisi Avroliqanın qrup mərhələsində “İnter”lə sabah baş tutacaq görüşə qalib gəlmək üçün çıxacaqlarını bildirib: “İnter” nə qədər güclü olsa da, meydanda 11 nəfər bir-birinə qarşı oynayır. Biz öz meydanımızda oynayırıq və qalib gəlmək istəyirik. Çalışacağıq ki, azarkeşlərimizi sevindirik. “İnter”in bütün futbolçularına çox hörmət edirik. Böyük klubdur, hamı tanıyır”.

0
0