Böyükağa Hacıyev: Onun yerinə başqası oynayacaq
03.10.2012 - 19:13
Böyükağa Hacıyev: Onun yerinə başqası oynayacaq
“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev Avroliqanın qrup mərhələsində “İnter”lə sabahkı oyunda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, Bakı klubunun baş məşqçisi Böyükağa Hacıyev millimizə də cəlb olunan gənc yarımmüdafiəçinin zədəli olduğunu bildirib: “Ancaq Cavidi oynamamağı problem olmamalıdır. Futbolda zədə təbii haldır. İmamverdiyev oynamayacaq, onun yerinə başqası çıxış edəcək. Bizdə onu əvəzləməyə futbolçuları var. Cavidin yoxluğunu hiss etdirməməyə çalışacağıq. Heyətimizdə başqa itkilər yoxdur”.