Yunis Hüseynovun üzü güldü
03.10.2012 - 20:05
Yunis Hüseynovun üzü güldü
“AZAL əvvəlki çempionatla müqayisədə indi daha iddialıdır. Bizimlə oyunadək uduzmamışdılar. Buna görə də rəqib komandada əhval-ruhiyyə yaxşı idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Cənub təmsilçisi Topaz Premyer Liqasının VII turunun AZAL-la səfər görüşünü qələbə ilə başa vurmaqla, ardıcıl 3 oyunluq uğursuz seriyaya son qoydu.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Hüseynov bildirib ki, məhz bu uğursuzluq nəticəsində komandasında müəyyən gərginlik var idi: “Bildiyiniz kimi, üzləşdiyimiz uğursuzluqdan sonra komandada gərginlik hökm sürürdü. Biz də qələbə qazanıb bunu aradan qaldırmaq istəyirdik. Var gücümüzlə çalışıb 3 xal qazandıq. Növbəti turlarda da qələbə qazanıb, uğurlu seriyanı davam etdirməyə çalışacağıq”.