“Neftçi”nin əsl gücü “İnter”lə görüşdə üzə çıxacaq” - MÜSAHİBƏ
03.10.2012 - 23:05
Bu günlərdə ölkəmizdə FİFA U-17 qadınlararası dünya çempionatı ilə yanaşı, daha bir tədbir təşkil olunub. Bu Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tərəfindən təşkil olunan Gənc Reportyorlar Proqramıdır. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən proqramda dünyanın müxtəlif ölkələrindən gənc reportyorlar iştirak edirlər. Onlar arasında assosiasiyasının rəhbəri və eyni zamanda “La Gazetta dello Sport” qəzetinin redaktoru Cianni Merlo da var.
İtaliyalı yazar apasport.az saytına müsahibəsində həm ölkəmizdə təşkil edilən dünya çempionatı, həm də Avropa Liqasının II turu çərçivəsində bu gün baş tutacaq “Neftçi” – “İnter” görüşü barədə danışıb.
- Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tərəfindən Gənc Reportyorlar Proqramı Bakıda təşkil edilib. Əvvəlcə bu proqramın əhəmiyyəti barədə məlumat verədiniz.
- Ötən il gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə ilə görüşümüz oldu. Həmin görüşdə belə qərara gəldik ki, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının Gənc Reportyorlar üçün proqramını Bakıda təşkil edək. Assosiasiyanın prezidenti seçildikdən sonra bu mənim ikinci seminarımdır. Azad Rəhimovla görüşümüzdən sonra onun təşəbbüsü ilə bu seminarı Bakıda keçirdik. Bu proqramın mahiyyətinə gəlincə, həyata keçirdiyimiz tədbir müxtəlif ölkələrdən dəvət olunan gənc yazarlara yeni mədəniyyəti aşılamaqdır. Çünki tədricən idman jurnalistikasının səviyyəsində geriləmə hiss olunur. Biz bir tərəfdən bilik və bacarıqlarımızı bölüşürük, digər tərəfdən də yeni mədəniyyətlə tanış oluruq. İstənilən ölkədə idman jurnalistikasının inkişafı idmanın inkişafına təkan verir. Bunu eyni zamanda Azərbaycana da şamil etmək olar. Düşünürəm ki, bu seminar həm Azərbaycana dəvət olunmuş qonaqlar, həm də yerli mətbuat işçiləri üçün səmərəli olacaq. İş həyatlarında bunun müsbət təsirini görəcəklər.
- Seminarda əcnəbi qonaqlarla yanaşı, yerli gənc jurnalistlər də iştirak edirlər. Maraqlıdır, azərbaycanlı jurnalistlərin nə kimi çatışmazlığını müşahidə etmisiniz?
- Təbii ki, əsas çatışmazlıq kimi beynəlxalq çıxışlarının məhdud olmasını qeyd edə bilərəm. Bunun da başlıca səbəbi ingilis dilini tam sərbəst bilməmələri onların qarşısını kəsir. Misal üçün, müşahidə edirəm digər ölkələrdən gələn jurnalistlərlə az təmasda olurlar. Onların hər biri ilə şəxsən söhbətim olub, seminara böyük maraq göstərirlər, geniş potensiala malikdirlər. Təbii ki, beynəlxalq aləmə çıxış üçün ingilis dili səviyyəsini də yüksəltsələr onlar üçün daha faydalı olacaq. Bununla yanaşı, işlərinin çoxluğu ilə əlaqədar daimi seminarda iştirak edə bilmirlər. Bu da normaldır. Çünki bundan əvvəl Çində təşkil etdiyimiz seminarda da yerli jurnalistlər işlərinin çoxluğu ilə əlaqədar hər gün iştirak etmirdilər. Bu kimi proqramlar mütəmadi keçirilsə yerli jurnalistlər daha da açılışacaqlar.
- Ölkəmiz hazırda beynəlxalq səviyyəli yarışa FİFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi edir. Siz həm jurnalist, həm də Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının prezidenti kimi bir çox oyunları izləmisiniz. Təşkilatçılığı necə qiymətləndirirsiniz?
- Əvvəlcədən qeyd edim ki, Azərbaycanda gördüklərim məni yaxşı mənada təəccübləndirdi. FİFA U-17 qadınlararası dünya çempionatı çox yüksək səviyyədə təşkil olunub. Bütün komandalar, azarkeşlər , biz jurnalistlər üçün yüksək səviyyəli işlər görülüb. Gənc reportyorlar proqramı çərçivəsində çox gözəl əməkdaşlıq qurmuşuq. İstədiyimiz oyunlara, mətbuat konfranslarına gedirik, hər şeyi yerində təhlil edirik.
- Bu gün Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət kəsb edir. İlk dəfə Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Neftçi” İtaliya “İnter”i ilə qarşılaşacaq. İtaliyalı jurnalist kimi, bu oyun barədə fikirləriniz nədir?
- “Neftçi” haqda o qədər də geniş məlumata sahib deyiləm. Ona görə dəqiq heç nə deyə bilmərəm. Ancaq onu qeyd edim ki, Azərbaycan klubunun “İnter”lə qarşılaşması böyük hadisədir. Klubun prezidenti Sadıq Sadıqovla söhbət etmək imkanı əldə etmişəm. Onunla söhbətdə belə qənaətə gəldim ki, Flavinyoya böyük ümidlər bəsləyir.
- Bəs qrupu necə dəyərləndirirsiniz? Ümumiyyətlə, “Neftçi” bu qrupdan çıxa bilərmi?
- “Neftçi” qrupun ilk oyununda - “Partizan”la görüşdə güclü olduğunu sübut etdi. Düşünürəm ki, “Neftçi”nin əsl gücü məhz “İnter”lə görüşdə üzə çıxacaq. Çünki qarşılaşacağı komanda məcbur edəcək ki, onlar bütün potensialını ortaya qoysun. Bu da faktdır ki, “İnter” sabit oyun nümayiş etdirmir. Baş məşqçi Andrea Stramaççoni ola bilsin, bu oyunda fərqli taktika ilə meydana çıxsın, fərqli heyətə şans versin. Bu oyundan sonra “Neftçi”nin qrupdan çıxmaq şansı ilə bağlı yekun fikir söyləmək olar.

0
0