Skarlatakenin o qolu...
03.10.2012 - 23:08
AZAL Topaz Premyer Liqasının VII turunda öz meydanında “Xəzər-Lənkəran”a uduzdu – 0:2. Apasport.az saytının xəbərinə görə, qonaqların rumıniyalı futbolçusu Adrian Skarlatakenin 45-ci dəqiqədə vurduğu ikinci top AZAL-ın qapıçısı Cahangir Həsənzadənin Premyer Liqa tarixində məyus edən 250-ci qol oldu.
1995-ci ildən milli çempionatda oynayan Həsənzadə MOİK-in şərəfini qoruduğu və ilk dəfə 02.08.1995-ci ildə meydana çıxdığı "Xəzri" ilə qarşılaşma zamanı Rüfət Quliyev onun qapısına ilk dəfə yol tapmışdı.
Rasim Əliyev

0
0