Mixail Saakaşvili Azərbaycan çempionunu bağışladı
04.10.2012 - 08:33
Gürcüstan prezidenti Mixail Saakaşvili həbsdə olan tanınmış futbolçu Georgi Demetredzeni bağışlayıb. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümündə “Bakı”nın heyətində ölkə çempionu olmuş 36 yaşlı hücumçu bu haqda ölkəsinin başçısına müraciət etməyib.
Demetradze özünü günahsız sayırdı və ona qarşı ittihamla razılaşmırdı. İndi isə prezidentin qərarına əsasən Georgi 1 ildən sonra azadlığa çıxa bilər.
Georgi 2010-cu ildə cinayətkarla əlaqəyə görə həbs olunub. Məhkəmə onu 6 il azadlıqdan məhrum edib. Hazırda Demetradzenin işinə Avropanın insan haqları üzrə məhkəməsində baxılır.

0
0