Aleks Ferqyuson: Gördüyünüz kimi, oyun boyu əsnəyirdim
04.10.2012 - 09:16
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson yenə əzəli rəqibi “Mançester Siti”yə “ilişib”. Apasport.az saytının məlumatına görə, şotland mütəxəssis Premyer Liqada çempionluq uğrunda mübarizədə əsas rəqibi olan “şəhərlilər”in Çempionlar Liqasında Dortmund “Borussiya” ilə heç-heçə (1:1) başa çatan ev matçını stadiondan canlı izləyib.
Matçın gedişində əsnəyən təcrübəli mütəxəssis kameraların hədəfinə tuş gəlib. Qarşılaşma bitəndən sonra jurnalistlərin “Mançester Siti” bu gün necə təsir bağışladı” sualına cavabında Ferqyuson deyib: “Nə qiymət verim onlara. Özünüz də gördünüz ki, oyun boyu əsnəyirdim”.

0
0