Bakıda 10 min dollar qazanmaq imkanı
04.10.2012 - 09:29
Bakıda 10 min dollar qazanmaq imkanı
17 yaşadək qızlardan ibarət Nigeriya milli komandasının futbolçuları Azərbaycanda yaxşı pul qazanmaq imkanı əldə edib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə keçirilən dünya çempionatının 1/4 finalına yüksələn afrikalılara mükafat vəd olunub.

Bu gün Fransa yığması ilə görüşəcək Nigeriya yığması yarımfinala yüksələrsə hər oyunçu 10 min dollar əldə edəcək.

Qeyd edək ki, Nigeriya – Fransa oyunu saat 20:00-da başlayacaq. Matç Bakıdakı 8-ci km qəsəbə stadionunda baş tutacaq.