“İnter” “Neftçi”ni qiymətləndirməməklə, böyük riskə yol verir”
04.10.2012 - 10:53
“İnter” “Neftçi”ni qiymətləndirməməklə, böyük riskə yol verir”
“İnter” “Neftçi”ni qiymətləndirməməklə, böyük riskə yol verir”.
Apasport.az saytının məlumatına görə, bu sözləri “Sky” telekanalında şərhçi kimi işləyən tanınmış italiyalı futbol mütəxəssisi Maurisio Kompanyoni deyib.

O, “neradzurran”ın artıq indidən Milan derbisini düşündüyünü deyib: “Stramaççoni bir çox əsas heyət üzvlərini Bakıya aparmaması onu göstərir ki, onlar artıq indidən “Milan”la oyunu düşünürlər. Amma bu onlara baha başa gələ bilər. İtaliyada qalan futbolçular necə qələbə qazanmağın yolunu əla bilirlər. “İnter” Azərbaycan təmsilçisi ilə matçda çox güc sərf etmədən lazımi nəticə qazanmaq istəyir”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu “Neftçi” – “İnter” bu gün 21:00-da “Tofiq Bəhramov”da keçiriləcək.