Elvin Yunuszadə: “İnter” Bakıya güclü heyətlə gəlsəydi...- MÜSAHİBƏ
04.10.2012 - 11:23
“Neftçi” klubunun futbolçusu Elvin Yunuszadənin apasport.az saytına müsahibəsi
- Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu güclü “İnter”ə qarşı keçirəcəksiniz. Bu sınaqdan nə gözləyirsiniz?
- “İnter”lə qarşılaşmanın nə demək olduğunu, nə qədər önəm daşıdığını dərk edirik. Ciddi hazırlaşmışıq. İnşallah, öz meydanımızda ən azından uduzmamalıyıq. Rəqib “İnter” olsa belə, evdə oynayırıq və bunu hiss etdirməliyik.
- Uğurlu nəticəni nəyin hesabına əldə edə bilərsiniz?
- Fikrimcə, nəinki “İnter”lə, hər oyuna yüksək motivasiya ilə çıxsaq, uğursuz nəticə ilə üzləşmərik. Əks vəziyyət təsadüfi hallarda olar. Yəni, hər şey sırf motivasiya ilə bağlıdır.
- Rəqibin adlı-sanlı “İnter” klubudur və bu səbəbdən motivasiya böyükdür olmalıdı...
- Əsas odur ki, “İnter”dən çəkinməyək və öz oyunumuzu oynaya bilək. Onda demək olar istəyimizə çatarıq.
- Digər tərəfdən, sizin kimi gənc futbolçular üçün belə rəqiblə oyun qabağa getmək baxımından yaxşı şansdır. Yəni, Avropa menecerlərinin diqqətini özünüzə cəlb edə bilərsiniz. Bu yöndə nə düşünürsünüz?
- Əlbəttə, hər birimiz istəyərik ki, Avropada tanınaq. Ancaq istənilən halda, hər şeydən qabaq komandamızın qalib gəlməyidir və bunun üçün çalışmalıyıq. Artıq bundan sonra öz karyeran haqda düşünmək olar.
- Bir mərkəz müdafiəçisi kimi “İnter”in hücum xəttini necə dəyərləndirərdiniz? Rəqib Dieqo Milito, Antonio Kassano kimi hücumçularını Bakıya gətirməyib...
- Bizə qarşı kim oynasa belə, rəqibə ciddi yanaşmalıyıq. “İnter”in əsas futbolçuları Bakıya gəlmədiyi üçün arxayınlaşmaq olmaz. Bu, o demək deyil ki, işimiz asan olacaq. İstənilən halda, “İnter” “İnter”dir. Biri oynamırsa, digəri ondan heç də zəif deyil. Buna görə də işimizin asan olmayacağını bilirik.
- Digər tərəfdən, “İnter”in ikinci heyəti gətirməyi sizi uğurlu nəticəyə, ən azından heç-heçə etməyə daha da həvəsləndirirmi?
- “İnter”in Bakıya hansı heyət gələcəyindən asılı olmayaraq, oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bu oyuna ümidimiz böyükdür. Yüksək əhval-ruhiyyədəyik. “İnter” lap güclü heyətlə gəlsəydi belə, qismətimizdə varsa, qalib gələcəyik.
- İlk turda “Partizan”la oyunda cəza üzündən meydana çıxa bilmədiniz. Bu da APOEL-lə son təsnifat mərhələsində səfər matçında aldığınız qırmızı vərəqə ilə bağlı idi. Hazırda özünüzü necə hiss edirsiniz? Əsas heyətə qayıtmağa hazırsınızmı?
- Bir oyun kənarda qaldım. Sözsüz ki, kənarda olmaq meydançada olmaqdan daha çətindir. Ancaq şükür Allaha, indi hər şey yaxşıdır. Məşqləri buraxmadım və oyuna tam hazıram.
- Baş məşqçi Böyükağa Hacıyev yenidən sizə əsas heyətdə yer verəcəkmi?
- Bunu baş məşqçi deyə bilər. Son söz ona məxsusdur. Oyun saatını gözləyək. Mən ümidliyəm və oynamaq istəyirəm.
- Sizi əvəzləyən Tərlan Quliyev “Partizan”la səfər matçında yaxşı təsir bağışladı. Necə düşünürsünüz ki, bəlkə çalışdırıcı yenə ona güvənəcək?
- Buna da hörmət edərəm. Tərlan da gənc, perspektivli futbolçudur, axırıncı matçda yaxşı oynadı. O, yenidən əsas heyətdə yer verilsə, bu, başadüşüləndir və qərarı normal qarşılayaram.
Mehman SÜLEYMANOV

0
0