“Qarabağ”dan qadağa
04.10.2012 - 11:34
“Qarabağ”dan qadağa
“Emin İmaməliyevlə Bəxtiyar Soltanov bu gün meydana çıxmayacaq. Çünki “Qarabağ” buna razılıq verməyib. Həmin futbolçuları icarəyə götürəndə, belə bir razılıq əldə edilmişdi”. Bu sözləri apasport.az saytına “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov deyib.

Topaz Premyer Liqasının VIII turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” mövsümdə üçüncü qələbəsini qazanmaq istəyir. Ötən həftə paytaxtdan 3 xalla ayrılan Gəncə təmsilçisi bu uğuru doğma meydanda da yaşamağa hazırlaşır.

Amma baş məşqçi heyət qurmaqda çətinliklə üzləşib. Çünki rəqib müqavilə ilə “Qarabağ”a məxsus olan, amma icarə əsasında “Kəpəz”in formasını geyinən iki futbolçunun onlara qarşı oynamasına razılıq verməyib: “Bu artıq bizim üçün problem yaradıb. Oyunçu seçimimiz azdır. Onsuz da heyəti qurmaqda çətinlik çəkirdik. Yaxşı formada olan iki futbolçunun oynamaması da əlavə problem yaradıb”.