“Rubin” öz meydanında məğlub oldu
07.10.2012 - 17:47
“Rubin” öz meydanında məğlub oldu
Bu gün Rusiya çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin” öz meydanında “Amkar”la qarşılaşıb.

Bakılıların növbəti 2 oyunda üz-üzə gələcəyi Kazan təmsilçisi üçün bu tur uğursuz alınıb. Belə ki, qonaqların futbolçusu İqnatoviçin 3-cü dəqiqədə vurduğu qol matçda yeganə olub və “Rubin” meydanı xalsız tərk edib.