Çempionumuz ikinci hissədə şok yaşadı
11.10.2012 - 00:05
Çempionumuz  ikinci hissədə şok yaşadı
Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” I turda Sloveniyanın “Litija” klubu ilə qarşılaşıb.

Qrup oyunlarına ev sahibliyi edən komanda ilə üz-üzə gələn təmsilçimiz görüşə yaxşı başlayıb. İlk yarıdaca rəqibini 3 dəfə cəzalandıran komandamız fasiləyə 3:0 hesablı üstünlüklə çıxıb. Amma fasilədən sonra “Araz” bu üstünlüyü əldən verib.

Belə ki, qapısından ardıcıl 5 top buraxan Azərbaycan çempionu start matçındaca büdrəyib.

Qrupun açılış oyunu isə daha məhsuldar alınıb. İspaniya “Barselona”sı “Split”in qapısından 18 cavabsız top keçirməklə, yarışın əsas favoriti olduğunu sübut edib.


10 oktyabr

“Barselona” – “Split” - 18:0

“Litija” – “Araz” - 5:3
QOLLAR: Fetiç, 23; 36; 38; Vrhoveç, 30; Pertiç, 38- Dantas, 1; Karlos Alberto, 7; Serjao, 19