“Biz finalın favoriti yox, autsayderik”
10.10.2012 - 09:33
“Biz dünya çempionu ola bilərik. Ancaq finalda çox güclü komanda ilə üzləşəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Fransanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Qay Ferrye deyib. Azərbaycan keçirilən dünya çempionatına finalına Qana yığmasını 2:0 hesabı ilə məğlub etməklə çıxan fransızları oktyabrın 13-də daha çətin sınaq gözləyir. Rəqib bu yaşlı qızların turnirində ilk dünya çempionu olan KXDR-dir.
Elə Ferrye də şimali koreyalıların çox güclü olduğunu deyərək, özlərini onlardan qat-qat zəif saymaqdan çəkinməyib: “Biz KXDR-lə qrupda oynamışıq. Almaniyaya ilə Avropa çempionatının finalında uduzmuşuq. Onu demək istəyirəm ki, biz finalın favoriti yox, autsayderik”.
Qeyd edək ki, KXDR ilə Fransanın qrupda oyunu 1:1 hesabı ilə nəticələnib.

0
0