“Hisslərimi ifadə etməyə söz tapa bilmirəm”
10.10.2012 - 09:45
“Hisslərimi ifadə etməyə söz tapa bilmirəm”
"Hal-hazırda hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Bu nəsə çox gözəl bir hissdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Fransanın 17 yaşadək qızlardan ibarət yığma komandasının futbolçusu Qoutia Karçoni deyib. Azərbaycanda keçirilən dünya çempionatının finalına çıxan fransızlar ilk dəfə buna nail olmaqla tarix yazıb.

Yarımmüdafiəçi finalda KXDR yığmasına da qalib gələcəklərinə inanır: “İlk dəfədir ki, biz FIFA turnirində finala qədər gəlib çıxırıq. İndi həqiqətən turnirin qalibi olacağımıza inamım böyükdür. Bizim gözəl komandamız var və birlikdə əla oynayırıq"