Azərbaycanda bombardirin seriyası qırıldı
10.10.2012 - 09:52
Azərbaycanda bombardirin seriyası qırıldı
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət dünya çempionatının bombardiri olan Ri Un-Simin seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, KXDR yığmasının hücumçusu final mərhələsində hər oyunda qol vuran yeganə futbolçu idi.

Ancaq Ri bu uğuru Almaniyaya 2:1 hesabı ilə qalib gəldikləri yarımfinal oyununda davam etdirə bilməyib. Hesabında 7 qol olan futbolçunun bu göstəricisi 2010-cu ildə Trinidad və Tobaqoda keçirilən dünya çempionatında Cənubi Koreya yığmasının futbolçusu Yeo Mincinin rekordundan (8 qol) cəmi 1 top geri qalır.