“Araz”da ideya eyni olaraq qalır”
10.10.2012 - 09:57
“Araz”da ideya eyni olaraq qalır”
“Qarşıdakı mövsümdə ən vacib hədəflərimizdən biri UEFA kubokudur. Çox şadıq ki, yenidən bu turnirdə oynamaq imkanımız var. Hər şey də yaxşı gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun baş məşqçisi Mark Karmona deyib.

Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqiblərindən olan kataloniyalıların çalışdırıcı Sloveniyadakı turnir haqda fikirlərini açıqlayıb: “Təbii ki, meydan amili Sloveniya təmsilçisi “Litija”nın xeyrinədir. Amma bu 100 faiz demək deyil. Təcrübə bizim oyunçuların tərəfindədir. Azərbaycan çempionu “Araz” haqda dolğun məlumatımız var. Onlarla ötən il də oynamışıq. Baş məşqçiləri də eynidir. Sadəcə bəzi oyunçularla bağlı dəyişiklikləri var, lakin ideya eyni olaraq qalır. “Split” haqda məlumatımız azdır. Bilirik ki, Xorvatiya yığmasının özəyini təşkil edən komandadır. Meydan sahibləri isə ən az tanınan rəqibimizdir”.