Şakira Bakıda
10.10.2012 - 10:32
Şakira Bakıda
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının final oyununa dəvət olunan məşhur müğənni Şakira Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, oktyabrın 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Fransa - KXDR matçından əvvəl azarkeşlər önünə çıxacaq müğənni oyuna qədər olan 3 gün ərzində konsertin hazırlıqları ilə məşğul olacaq.

Qeyd edək ki, oyunun ertəsi gün Şakira “Baku Cristal Hall”da solo konsert verəcək.