“Kim bilir, başımıza nə gələcək”
10.10.2012 - 11:25
“Rəqiblərimiz çox güclüdü. “Dördlər finalı”na vəsiqə qazanmaq elə də asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə UEFA kubokunun elit-raundunda “Araz”ın rəqiblərindən olan “Barselona”nın lideri Xordi Torras deyib.
Torras ötən il Naxçıvan təmsilçisi ilə oyunu xatırlayıb. Onun sözlərinə görə, komandası həmin vaxt az qala qrupda qalacaqmış: “Keçən mövsüm doğma meydanda az qala “Araz”a məğlub olub, qrupda qalacaqdıq. Amma heç-heçəni qoruyub saxlaya bildik və sonda UEFA kubokunu qazandıq. Azərbaycan çempionu bu il də rəqibimizdir. Bu dəfə biz evdən uzaqda oynayacağıq və kim bilir, başımıza nə gələcək. Qarşıdan gələn oyunlara fiziki və psixoloji baxımdan 100 faiz hazır olmalıyıq.
Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Mövsümə elə də yaxşı başlamadıq. İspaniya kubokunun yarımfinalında “Mursiya”ya məğlub olduq. Amma indi əla formadayıq. Son vaxtlar qazandığımız nəticələr də bunun əyani sübutudur”.

0
0