Rusiya yığması Azərbaycanla oyuna 25 futbolçu ilə hazırlaşır
10.10.2012 - 11:33
Rusiya yığması Azərbaycanla oyuna 25 futbolçu ilə hazırlaşır
19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya yığması turnirin hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Krımskda baş tutacaq qrup oyunlarına ev sahibliyi edəcək şimallılar oktyabrın 20-25-də baş tutacaq qarşılaşmalara eyni məkanda hazırlaşır. Baş məşqçi Sergey Nikitin məşqlərə 25 futbolçu cəlb edib.

Qapıçılar - Darya Meşeryakova (HHQ MİK, Samara), Viktoriya Nosenko ("Kubanoçka", Krasnodar), Ölya Seraya ("Rossiyanka", Moskva vilayəti);

Müdafiəçilər - Yekaterina Bryuxanova, Kseniya Kovalenko (hər ikisi - "Kuzbass", Kemerovo), Alyona Jijova ("Ural", Yekaterinburq), Darya Kitsa ("Rossiyanka", Moskva vilayəti), Yelena Korolyova (HHQ MİK, Samara), İrina Podşibyakina ("İzmaylovo", Moskva), Viktoriya Stukalova ("Kubanoçka", Krasnodar);

Yarımmüdafiəçilər - Anastasiya Yefimova, Anastasiya Konyuxova, Valeriya Pankratova (hamısı "Rossiyanka", Moskva vilayəti), Nəsibə Həsənova ("ZapSibkollec”," Tümen), Olqa Lisina ("Donçanka", Azov), Marina Lıçkovskaya ("Kuzbass", Kemerovo), Kseniya Malıxina ("Viktoriya", Belqorod), Anastasiya Sokolova (HHQ MİK, Samara), Anastasiya Şevçenko ("Portlend", ABŞ);

Hücumçular – Şamilə Əbdürəhmmanova ("İzmaylovo", Moskva), Marina Kiskonen, Nadejda Karpova (hər ikisi - "Rossiyanka", Moskva vilayəti), Elmira Piskunova ("Çertanovo", Moskva), Elina Samoylova ("Kubanoçka", Krasnodar), Natalya Solodkaya ("Kubanoçka", Krasnodar).