“Bizə Azərbaycan futbolunu inkişaf etdirmək tapşırılıb”
10.10.2012 - 12:59
“Bizə Azərbaycan futbolunu inkişaf etdirmək tapşırılıb”
“AFFA ilə Almaniya Futbol İttifaqı arasında əməkdaşlıq yüksək səviyyədədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızların Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt deyib.

FİFA-nın rəsmi saytına verdiyi açıqlama verən mütəxəssis AFFA ilə Almaniya Futbol İttifaqı arasında münasibətlərindən danışıb. O, bunun əyani sübutu kimi Azərbaycanda bir çox alman məşqçinin işləməsini göstərib: “Elə bu səbəbdən Azərbaycanda 4 alman məşqçi işləyir. Bizə Azərbaycanda həm kişi, həm qadın futbolunu inkişaf etdirmək tapşırılıb. Alman məşqçilərinin səviyyəsinə isə bütün dünyada bələddirlər”.