Georgi Çixradze: İlk pillədə olmaq həm xoşdu, həm də çətin – MÜSAHİBƏ
10.10.2012 - 14:59
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradzenin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasında qısa fasilə yaranıb. Arxada qalan 8 turdan sonra komandanız zirvədə qərarlaşıb. “Simurq”un startını necə dəyərləndirirsiniz?
- Hələ mövsümün əvvəli olduğundan nəsə söyləmək çətindir. Konkret fikir demək üçün vaxt lazımdır. Ümumilikdə, 1-ci yerdə olduğumuzu nəzərə alsaq pis deyil.
- Nəticədən razısınız, bəs oyun baxımından?
- Biz hər oyuna nəticəni düşünüb çıxırıq. Bu üzdən hər oyunda heyətdə rəqibə, qurduğumuz taktikaya uyğun müəyyən dəyişikliklər edilirdi. Düzdür, elə də böyük islahat olmayıb. Heyəti yalnız mövsümün ilk 2 turundan sonra tam komplektləşdirmişik. Nəticə də göründüyü kimi, pis deyil.
- Komandadan belə uğurlu start gözləyirdiniz?
- Gözləyirdim deyəndə ki, biz hər oyuna nəticə üçün çıxırıq. Bu sahədə köklənmə vacib rol oynayır. Hələ toplanışlar vaxtı funksional hazırlığa üstünlük verirdik. Oyunçuları nəticə qazanmağı bacaracaqlarına inandırmağa çalışırdıq. İndi görünür ki, əziyyətimiz hədər getməyib.
- “Simurq”un zirvədə qərarlaşmasının sirri nədədir?
- Heç bir sirr yoxdur. Yaxşı seleksiya işi apardıq, futbolçu seçiminə böyük diqqət yetirdik. Bildiyiniz kimi, Türkiyədəki ilk toplanışda bizə təklif olunan legionerlərin heç birini götürməmişdik. Çünki daha səviyyəli oyunçu istəyirdik. Yay fasiləsində həm yerli, həm legionerlərlə gücləndik. Yerlilərdən razı idim, əcnəbiləri isə yalnız 2-ci toplanışda sıralarımıza qatdıq. 2 mövqeyə - dayaq yarımmüdafiəçisi ilə cinah hücumçusunu isə 2 turdan sonra tapdıq. Mario Bojiçlə Zdravko Popoviçi nəzərdə tuturam. Bundan sonra heyət komplektləşdi.
- Komandanın uğurunda legionerlərinin payının daha çox olduğu görünür. Siz bu haqda nə düşünürsünüz?
- Yerli və legionerlər arasında fərq qoymaq istəmirəm. Uğurumuz bütün komandanın əməyidir. Bunda hamının rolu var: yerlilərin də, əcnəbilərin də. Düzdür, matçın taleyini həll etmək iqtidarında olan futbolçularımız da var. Lakin nəticəni bütün komanda qazanır. Əcnəbi və yerli futbolçularla məşqçilər korpusunun vəhdəti sayəsində 1-ci pillədə qərarlaşmışıq. “Simurq”da kimisə fərqləndirmək lazımdırsa, komanda oyununu fərqləndirərdim.
- Bəs yerli oyunçulardan kimi fərqləndirə bilərsiniz?
- Heç kimi fərqləndirməyəcəyəm. Hamısı işinə peşəkar kimi yanaşır. Meydanda daha çox və ya az vaxt keçirməsindən asılı olmayaraq, oyunlara maksimum köklənir, inkişaf edirlər. Onların oyunundan razıyam.
- Qarşıda “İnter”lə oyun gəlir ki, əvvəllər bu klubda çalışmısınız. Bu matç haqda nə düşünürsünüz?
- Bu komandada işlədiyimdən onların gücünə bələdəm. Onlar psixoloji cəhətdən çox güclüdürlər, savadlı futbol nümayiş etdirirlər. “İnter” də hər şey yüksək səviyyədədir. Biz də bu oyuna hazırlaşırıq. Ümumiyyətlə, biz hər matça xüsusi hazırlaşırıq.
- “İnter”ə bələd olmağınız üstünlük sayılırmı?
- Belə demək olmaz. Rəqibin heyətində müəyyən dəyişikliklər olub. Həm də onların baş məşqçisi Kaxaber Sxadadze də mənim futbola baxışımı, iş prinsiplərimi bilir.
- I dövrənin sonuna cəmi 3 tur qalıb. Sizi “İnter”, AZAL və “Neftçi” ilə çətin oyunlar gözləyir. Necə düşünürsünüz, 1-ci pilləni qoruya bilərsiniz?
- Bu haqda nəsə deyə bilmərəm. Digər matçlarda olduğu kimi bu matçlarda da rəqibə köklənəcəyik. Bizim qarşımıza ilk növbədə “altılığ”a düşmək vəzifəsi qoyulub. Əsas məqsədimiz də təsnifat mərhələsinin sonuna kimi burada qalmaqdır. Zirvədə qərarlaşmağımız isə bir yandan xoşdur, digər yandan isə işimizi ağırlaşdırır. Artıq bütün oyunlarda işimiz çətin olur. Çünki hər bir rəqib liderlə oyuna xüsusi köklənir, işimizi çətinləşdirir.

0
0