“Tofiq Bəhramov”un gözlədiyi 4293 nəfər
10.10.2012 - 16:05
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının arxada qalan 30 oyununu 203510 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, bu göstərici mundillar tarixində 2-ci nəticədir.
Belə ki, 2008-ci ildə Yeni Zelandiyada keçirilən çempionatı 207803, 2 il əvvəl Trinidad və Tobaqodakı yarışı 146156 tamaşaçı stadiondan izləmişdi. Hərəsində 32 oyun baş tutan həmin turnirlərdən fərqli Azərbaycandakı çempionatın hələ 2 oyunu qalıb.
Buna baxmayaraq, turnir artıq Trinidad və Tobaqodakı göstəricini xeyli arxada qoyub. Yeni Zelandiyadakı rekorddan isə cəmi 4293 nəfər geri qalır. Bunun üçün III yer uğrunda və final matçını qəbul edəcək Tofiq Bəhramov stadionuna bu qədər azarkeşin gəlməsi yetərlidir. Artıq yeni rekordun oktyabrın 12-də bürünc medallar uğrundakı matçda yenilənəcəyi inandırıcıdır. Həmin gün Almaniya ilə Qana münasibətlərini ayırd edəcək.
Qeyd edək ki, ölkəmizdəki mundialın orta tamaşaçı sayı 6784-ə bərabərdir. Bu isə artıq əvvəlki çempionatlardan (müvafiq olaraq 6494 və 4567) yüksəkdir.

0
0