“İnter” 15 milyon avroya futbolçu alır
10.10.2012 - 16:15
“İnter” 15 milyon avroya futbolçu alır
“Neftçi”nin Avropa Liqasındakı rəqibi “İnter” heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, bir müddət öncə Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Patrik Hermannı heyətinə qatmaq üçün Almaniya klubuna təklif göndərməyə hazırlaşan İtaliya təmsilçisi indi də “Korintians”ın və Braziliya yığmasının üzvü Paulinyoya gözü düşüb.

“Neradzurra” 24 yaşlı hücumçunun əvəzində braziliyalılara 15 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında danışıqların noyabrda başlayacağı gözlənilir.

Qeyd edək ki, “İnter” Paulinyonu artıq neçə ildi ki, sıralarına qatmağa çalışır.