“Hər şey elə tez baş verdi ki...”
10.10.2012 - 16:22
Qadın voleybolçulardan ibarət Rusiya yığmasının təcrübəli oyunçusu Lyubov Sokolova Azərbaycan millisi ilə bir qrupa düşdükləri Avropa çempionatının final mərhələsində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, hücumçu bu turnirə kimi yığma karyerasını bitirmək fikrində deyil.
Sokolova həmişə yığmada oynamağa hazır olduğunu bildirib: “Mən Rusiya yığmasında çıxış etməkdən heç vaxt imtina etməmişəm. İndi də bunu etmirəm. Məsul yarışda mənə ehtiyac olarsa, istənilən vəziyyətdə bacardığım qədər hamıya kömək etməyə hazıram. Əsas odur ki, səhhətim buna imkan versin”.
“Fənərbaxça”nın oyunçusu rəqibimizdə boş qalan baş məşqçi postu ilə də bağlı fikirlərini deyib: “Yeni baş məşqçiyə gəlincə, hər şey bizim üçün o qədər tez baş verdi ki... Sergey Anatolyeviç Ovçinnikovun həlak olmağı... Mən sonradan o haqda fikirləşdim ki, kim yığmamızı çalışdıra bilər. Ancaq buna cavab tapmadım. Biz ona elə öyrəşmişdik, daha 4 il birgə işləməyə köklənmişdik. Buna görə də yığmanın “sükanı arxası”nda ondan başqa kimisə indiyə kimi təsəvvür edə bilmirəm”.
Qeyd edək ki, Azərbaycan Rusiya ilə Almaniyanın Drezden şəhərində keçiriləcək C qrupunun oyununu 2013-cü ilin sentyabrın 8-də keçirəcək.

0
0