“Hollivudda ulduz olmaq, burda futbolçu olmaq kimi bir şeydi” - MÜSAHİBƏ
10.10.2012 - 23:07
Türkiyə millisinin üzvü Arda Turan DÇ-2014-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar yığmanın toplanışına qoşulub. Apasport.az saytının xəbərinə görə, Rumıniya ilə matç ərəfəsində jurnalistlərlə görüşən "Atletiko"nun yarımmüdafiəçisi mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
- Yığmanın qarşıdakı oyunları barədə nə düşünürsüz?
- İki önəmli oyunumuz olacaq. Ümid edirəm maksimum nəticə ilə 6 xal qazanarıq. Çünki buna çox ehtiyacımız var. Cümə günü, xüsusilə uduzmamalı olduğumuz bir qarşılaşmaya çıxacağıq. Təbii ki, işimiz heç asan deyil. Avropada hər komandanın üzdə göstərmədiyi xüsusi gücü var. Yəqin ki, birgə keçirəcəyimiz 10 günün sonunda üzümüzdə təbəssüm olacaq.
- Bu görüşlərdə qələbənin sirri nə olacaq?
- Həmrəy olmaq. Mətbuata və xalqımıza ehtiyacımız olacaq. Mətbuat xalqı istiqamətləndirdiyi üçün bizə dəstək olmalısınız. Əgər DÇ-2014-ə gedəcəyiksə, bu işdə ən böyük pay sahibi sizlər olacaqsız. Komanda olaraq hərəkət etsək, hər şeyin öhdəsindən gələ bilərik. Qol buraxmadığımız təqdirdə dünyanın bütün komandalarını məğlub edə bilərik. Evdə oynayırıq deyə, hər kəs bizdən qələbə gözləyir. Bu da bizə əlavə psixioloji təsir göstərir. Hollandiyaya məğlub olduq, dünyanın sonu gəlmədi, Rumıniya qarşısında xal itirsək, yenə də dünyanın sonu deyil.
- Sizin üçün "Qalatasaray" və "Atletiko" arasındakı fərqlər nədi?
- Mən Avropada çox şey etməmişəm, "Qalatasaray" kapitanlığı mənim üçün qürur idi. Öz adıma danışsam, çox xoşbəxt və dinc həyatım var. Sağlamlığım yerindədi. Doğru şəkildə səy göstərirəm. Mənim bu yerə gəlməyimdə işlədiyim baş məşqçilərin rolu böyükdü. Dieqo Simeone mənə komanda müdafiəsinin nə qədər önəmli olduğunu izah edib. Sərbəst və rahat hərəkət etməyimi söyləyir. Davamlı olaraq mənə yeni şeylər öyrətməyə çalışır.
- Millidə vəziyyət nə yerdədi? Xüsusilə psixoloji tərəfdən.
- Millidə kiçik problemlər ola bilər. Oyunçular küsə, inciyə bilər. Amma bunları problemə çevirmək lazım deyil. Qruplaşma deyilən bir şey yoxdu. Biz onsuz da uşaqlıqdan bir yerdəyik. Bəzən fotolar vəziyyəti yanlış izah edir. Komandada sevgi və hörmət mühiti var. Daxili çempionatda olanlarla xaricdən gələnlərin arasında heç bir problem yoxdu. Aramızda əyləncəli dialoqlar olur.
- İspaniyadan Türkiyəyə baxanda hansı fərqləri görünür?
- Dünyagörüşləri fərqli ölkələrdi. Türkiyə bu fərqi getdikcə aradan qaldırır. Təlim-məşq bazaları və stadionlar yenilənir. Çox yaxşı məşqçilər var. Türkiyənin bir az zamana ehtiyacı var.
- Türkiyədə futbolçu olmaq çətindimi?
- Hollivudda ulduz olmaq, Türkiyədə futbolçu olmaq kimi bir şeydi. Bəzən eqoist davrana bilər, səhv edə bilərik. Ancaq heç bir futbolçu təkcə özünü düşünməməlidi. Hər kəs komandanın uğuru üçün çalışmalıdı.
- Aleks de Souzanın "Fənərbaxça"dan gedişinə necə baxırsınız?
- Aleks böyük oyunçudu və qabiliyyətlidi. Hörmət edilməli bir insandı. Mən yalnız bunları söyləyə bilərəm. Digər məsələlər "Fənərbaxça"nın özünə aiddi. Onların qərarını müzakirə edə bilmərəm. İki tərəf də hörmət göstərib bu işi gözəl bir şəkildə sona yetirməlidi.
- "Atletiko"nun ən yaxşısı kimi hansı oyunçunu görürsünüz?
- Əlbəttə qazanılan uğur hamının əməyidi. Amma mütləq seçim etməliyəmsə, Radamel Falkaonun adını çəkəcəm. Onunla birlikdə oynadığım üçün çox xoşbəxtəm. Vurduğu qollarla bizə əlavə üstünlük yaradır. Lionel Messi və Kriştianu Ronaldo ilə müqayisə edilə biləcək bir futbolçudu.

0
0