Hafiz Məmmədov: Belə oyun olmaz
10.10.2012 - 23:01
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun apasport.az saytına müsahibəsi
- Rəhbəri olduğunuz komandanın Topaz Premyer Liqasındakı çıxışı barədə nə deyə bilərsiz?
- Vaxt azlığı ilə əlaqədar oyunları izləmirəm. Qarşılaşma qurtarandan sonra mənə hesabı deyirlər. Hazırda bütün diqqətimi infrastruktur və istedadlı uşaqların ölkə xaricinə göndərilməsinə yönəltmişəm. Oynayırlar, oynamırlar özləri bilər. Hazırda məqsədim gənc uşaqların yetişdirilməsidir.
- Əvvəllər sizi “Bakı”nın oyununda tez-tez görürdük. Bəlkə komandadan incimisiniz?
- Xeyr, yenə tez-tez görəcəksiniz.
- “Böyük Bakı” layihəniz var idi. Bununla bağlı nə deyə bilərsiniz?
- Layihələrimiz var. İndi daha böyük işlər görəcəyik. 2016-cı ilədək tək futbolçu yox, olimpiadada ölkəmizi təmsil edəcək yaxşı idmançıların yetişdirilməsi gündəmdədir. “Universal Bakı” layihəmizi reallaşdıracağıq.
- Deməli, “Bakı” futbol yox, İdman Klubu kimi fəaliyyətini davam etdirəcək?
- Bəli.
- Madrid “Atletiko”sunun, eləcə də Fransa “Lansı”nın rəhbərliyini Bakıya dəvət etmisiniz. Məqsəd nədir?
- Gənc futbolçuların yetişdirilməsinə nail olmaq. Bu gün gecə “Atletiko”nun baş meneceri Bakıya gələcək. Oktyabrın 16-da isə Fransanın “Lans” klubunun prezidenti Jarva Martel, Jan-Pyer Papen və Olivye Dakur yenidən ölkəmizə təşrif buyuracaqlar. Onu da qeyd edim ki, “Lans” uşaq futbolunda “Atletiko”dan güclüdür. Papen öz proqramını gətirir. Ötən dəfə onlar Bakıda olan vaxt istedadlı uşaqları seçmişdilər. Bu gün Madrid təmsilçisinin rəhbərliyi ölkəmizə gəlir. Məqsəd isə ölkəmizdəki 13, 14, 15 yaşlı istedadlı uşaqları aparıb müxtəlif futbol məktəblərində yetişdirməsini həyata keçirməkdir. Həmin uşaqlar orada yaşayacaqlar. Hətta bizə zarafatla dedilər ki, bunlar daha geri dönməyəcəklər. Mən də dedim ki, digər ölkələrdən gələnlərə baxmayın, azərbaycanlılar mütləq qayıdacaqlar.
- Həmin uşaqların xaricə aparılması nəzərdə tutulubmu?
- Elə bunun üçün çalışırıq. Gələcəkdə yığmamızın oyunçuları desinlər ki, “Lans”da, “Lion”da, “Atletiko”da çıxış edirik. İnanın, bu reallaşacaq.
- Xərcləri “Bakı” ödəyəcək?
- Bunu konkretləşdirməmişik. Əlbəttə, hansı klub göndərəcəksə, yəqin ki, o da ödəyəcək. Onu da qeyd edim ki, həmin klubların uşaq futbol məktəbi birinci sinfə aiddir. Papen özü “Bakı”dan 4 uşaq seçib.
- Bu yaşda uşaqların ölkə xaricinə yollanması zamanı təhsil almalarında da problem yaranır. Bunu necə həll edəcəksiz?
- Onları tək futbol oynamağa göndərmirik. Bəlkə biri fransız dilində oxuyacaq? “Atletiko” rəsmiləri çalışacaq ki, ora gedən futbolçularımızdan hansısa Madrid “Real”ında təcrübə keçsin. İş elə qurulacaq ki, adlarını çəkdiyimiz klublar öz ölkələrinin digər klublarına da bizim uşaqları yollayacaqlar.
- Avropada klubların öz akademiyalarında hətta orta məktəb və universitet belə fəaliyyət göstərir. “Bakı” bu təcrübədən yararlanmaq haqda düşünürmü?
- “Bakı”nın akademiyası ondan da yaxşı olacaq. Birinci fazanı bitirmişik. Əla bir nəticə ortaya çıxıb. İkinci fazaya start vermişik.
- Belə çıxır ki, gələcəkdə həmin oyunçular döndükdən sonra klubunuzu legionerlərdən təmizləyəcəksiz?
- Əlbəttə. Özü də bunun faydası çox olacaq. Papenin təklif etdiyi proqramı oxumuşam. Süper layihədir. Məqsədimiz odur ki, uşaqlar orda oxusunlar. Bildiyiniz kimi, 2016-cı ildə Avropa çempionatı Fransada keçiriləcək. “Lans” klubunun stadionunda bəzi oyunlar keçiriləcək. Bundan başqa, stadionun ərazisində ikinci Luvr muzeyi tikilir. Gələcəkdə komanda bundan da yaxşı olacaq. İstirahət vaxtımı bu işlərə sərf etmişəm. Avqustdan başlayaraq, Avropanın iki ən güclü klubu ilə əməkdaşlığa nail olmağa istifadə etmişik. Fikirləşirəm ki, bəlkə imkanlı klublarımızın hərəsi 3-4 futbolçu göndərsin, yerləşdirmək bizlikdir.
- Əsas komanda bu şəraitin qarşılığını verə bilirmi?
- O da olacaq. Əsas odur ki, komanda oyun üslubunu dəyişib. Daha “vur qabağa” yoxdur. Mən dözürəm, siz necə dözmürsüz. Özü də hazırkı məşqçimiz çox iddialıdı. Ona görə hələ heç kimi klubdan uzaqlaşdırmayıb. Deyir ki, qışa qədər baxaq, görə hansı mövqedə boşluqlarımız var. Həm də Parksdan 17-18 qol vuracağını gözləməməyi bildirib. Belə olsa, onda komanda oynamır mənasını verir. Fəlsəfəsi çox yaxşıdır. Buna görə də mən çox passivəm. Qışda malalama prosesi gedəcək. Gözəl baza verməyin qarşılığında belə oynamaq olmaz. Qışa qədər gözləyəcəyik.

0
0