“Bu, mükafat ad günümə ən böyük hədiyyədir”
10.10.2012 - 23:11
“Bu, mükafat ad günümə ən böyük hədiyyədir”
“Bu, mükafat ad günümə ən böyük hədiyyədir. Mənə səs verənlərə təşəkkür edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubununfutbolçusu Ruslan Abışov deyib.

Peşəkar Futbol Liqası ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimini keçirib. Qaliblərlə yanaşı, “ən yaxşılar”da öz hədiyyələrini alıblar.

2011/12-ci il mövsümünün ən yaxşı müdafiəçisi isə ardıcıl ikinci dəfə Ruslan Abışov seçilib.

O, bu uğuru qazanmasında sabiq komanda yoldaşlarının əməyinin böyük olduğunu vurğulayıb: “Təbii ki, bu uğuru qazanmağımda “Neftçi”nin oyunçularının əməyi danılmazdır. Onlara minnətdarlığımı bildirirəm. “Xəzər Lənkəran”ın heyətində də bu nailiyyətə yiyələnməyi arzulayıram”.