Adrian Pit: Lənkəranda oynamaq çox önəmlidi
10.10.2012 - 23:48
Adrian Pit: Lənkəranda oynamaq çox önəmlidi
2011/2012-ci il mövsümündə Premyer Liqanın ən yaxşı yarımmüdafiəçi seçilən Adrian Pit fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, “Xəzər Lənkəran”ın rumın legioneri bu nominasiyada qalib olduğu üçün xoşbəxt olduğunu bildirib: “Cari mövsümdə də uğurlu çıxış etməyə çalışacağıq. Buna qədər Lənkəranda yalnız bir oyun keçirmişik, “Kəpəz”ə qarşı oyunda qalib gəlmişik. Digər oyunlarımızı səfərdə keçirmişik. Lakin bundan sonra bütün ev oyunlarımızı Lənkəranda keçirəcəyik və bizim üçün Lənkəranda – doğma azarkeşlərimiz önündə oynamaq çox önəmlidir.

Ötən mövsüm “Neftçi”nin heyətində Flavinyo və “Qəbələ”nin hücumçusu Dodonun çox yaxşı çıxış etdiklərini düşünürəm. Premyer Liqada, həqiqətən də, çox səviyyəli, peşəkar futbolçular çıxış edir. Ötən mövsüm “Xəzər Lənkəran”ın şərəfini qoruyan Emeka Opara da çox yaxşı futbolçu idi. “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobayın da çıxışı çox xoşuma gəlir".
Pfl.az