Kamran Ağayev: “İdman xoşbəxtliyi” onun üzünə gülmür
10.10.2012 - 23:51
Ötən mövsümün ən yaxşı qapıçısı adına layiq görülən “Xəzər Lənkəran” klubunun və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu barədə www.pfl.az saytına fikirlərini bildirib:
“Ötən mövsümün ən yaxşı qapıçısı seçildiyim üçün şadam. Bu uğuru qazanmaq asandır, ancaq qorumaq çətindir”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın futbolçusu Kamran Ağayev deyib.
Millimizin şərəfini qoruyan Ağayev ötən mövsümün yekunlarına əsasən Premyer Liqanın ən yaxşı qapıçısı seçilib. Amma Kamran bildirib ki, qalib gələcəyinə inanmırmış: “Düzünü desəm, bu mükafatı qazanacağıma o qədər də inanmırdım. Çünki, ötən mövsüm zədələrə görə bir qədər yaxşı çıxış edə bilməmişdim. Azərbaycanda yetərincə peşəkar qapıçılar var. Hətta deyərdim ki, Avropa səviyyəli qapıçılarımız yetərincədir. Stabil oynamağa çalışmaq lazımdır. Komandam üçün əlimdən gələni etmişəm və bundan sonra da edəcəm. Məni bu mükafata layiq görənlərə təşəkkür edirəm və onların etimadını doğrultmağa çalışacağam. Komanda yoldaşım Kamal Bayramov da yetərincə peşəkar qapıçıdır. O, Avropada çıxış etməyə layiq olan futbolçudur.
Sadəcə “idman xoşbəxtliyi” onun üzünə gülmür. Kamalın üstündə təzyiqlər çoxdur”. (PFL)

0
0