Berti Foqts 4 futbolçudan imtina etdi
11.10.2012 - 09:30
Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə,DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Moskvadakı "Lujniki" stadionunda Rusiya ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan komandamızın heyətindən 4 futbolçu kənarlaşdırılıb.
Belə ki, baş məşqçi Berti Foqtsun qərarına əsasən Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək.
Bununla, millimizin heyətində 21 futbolçu qalıb.
Qeyd edək ki, Rusiya ilə oyuna 28 futbolçu çağıran almaniyalı çalışdırıcı zədə üzündən Əfran İsmayılovla Cavid İmamverdiyevi heyətdən kənarlaşdırmalı oldu. Elnur Allahverdiyev isə “Turan”la oyunda hakimin üzünə tüpürdüyünə görə AFFA-nın İntizam Komitəsinin ağır cəzasına məruz qaldığından, Foqts onu da heyətdən çıxarmağı lazım bildi.

0
0