Bağlanış mətbuat konfransının vaxtı müəyyənləşdi
11.10.2012 - 09:31
FIFA və Yerli Təşkilat Komitəsi mətbuat nümayəndələrini U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanış mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir mundialın Təşkilat Komitəsinin yığıncağının ardınca nəzərdə tutulub.
Oktyabrın 12-də saat 12:00 başlayacaq mətbuat konfransı Bakı şəhəri, Four Seasons hotelinin 1-ci mərtəbəsindəki “Rast” zalında baş tutacaq. Tədbirdə çempionatı Təşkilat Komitəsinin üzvü Anastasiya Tsiklas, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni, YTK-nın stadion, infrastruktur və IT direktoru Elnur Məmmədov iştirak edəcək.
Bağlanış mətbuat konfransının ardınca finalda və 3-cü yer uğrunda oynayacaq komandaların baş məşqçilərinin mətbuat konfransı olacaq. Hər iki mətbuat konfransı bütün KİV nümayəndələri üçün açıqdır.
Mənbə: affa.az

0
0