“Belə vəziyyətdə bir az özümüzü itirdik”
11.10.2012 - 09:01
“Belə vəziyyətdə bir az özümüzü itirdik”
“İlk oyunumuzun 1-ci hissəsində yaxşı oynadıq. Ən azı startımız alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzər Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis UEFA kubokunun elit-raundunun Sloveniyada yerli “Litija” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb. O, 3:5 hesablı məğlubiyyəti belə şərh edib: “Lakin sonradan “Litija” taktikanı dəyişdi. Belə vəziyyətdə bir az özümüzü itirdik. Bu durumda rəqibin qarşısını almaqda çətinlik çəkirdik”.