Fan Zona əyləncəsi yekunlaşır
11.10.2012 - 09:42
Sentyabrın 15-dən başlayaraq Milli Parkda istirahət edən şəhər əhalisinə böyük əyləncə yaşadan Fan Zona FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin başa çatması ilə əlaqədar olaraq artıq bağlanır. Apasport.az saytının məlumatına görə, 1 aya yaxındır uşaqlı-böyüklü yüzlərlə insana qucaq açan əyləncə bazarı öz qonaqlarını müxtəlif attraksionlar və hədiyyələrlə sevindirir.
Fan Zonanın bağlanışı ilə əlaqədar olaraq oktyabrın 12-də saat 20:00-da Milli Parkda böyük və möhtəşəm konsert proqramı təşkil olunacaq. Gənc müğənni Pərvanə Röyalı, estrada ulduzu Manana və sevilən Meridian qrupunun iştirakı ilə keçiriləcək konserti məşhur teleaparıcı Tural Əsədov təqdim edəcəkdir. Daim qonaqlarını sevindirən Fan Zonada keçiriləcək konsert proqramı zamanı tamaşaçıları müxtəlif futbol yarışmaları, lotereyalar və başqa sürprizlər gözləyir.
Qeyd edək ki, Fan Zonada bundan öncə də dəfələrlə açıq konsert proqramları təşkil olunmuşdu.

0
0