50, 75, 100
11.10.2012 - 10:43
Azərbaycan çempionu “Araz”ın UEFA kubokunun elit-raundunda keçirdiyi ilk oyun 3 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Sloveniyada yerli “Litija”ya 3:5 hesabı ilə uduzan Naxçıvan təmsilçisi 1 müsbət, 2 mənfi yubiley qeyd edib.
Belə ki, Dantasın vurduğu matçdakı ilk qol baş məşqçi Joze Alesio da Silvanın rəhbərliyi altında UEFA kubokunda vurulan 75-ci qol oldu. Sloveniyalı Fetiçin hesabı 3:3 edən bərabərlik qolu isə bu müddətdə buraxIlan 50-ci qol oldu. Bir sözlə, indiyədək braziliyalının rəhbərliyi altında 21 avrokubok görüşündə komandamız 77 qol vurub və 52-ni buraxıb.
Fetiçin “Araz”ın qapısından keçirdiyi ilk top isə klubun avrokuboklarda buraxdığı 100-cü qol olub. İndiyədək qitə səhnəsində 154 qol vuran komanda 104-nü buraxıb.

0
0