Fransa dünya çempionu oldu – YENİLƏNİB
13.10.2012 - 21:06
Fransa dünya çempionu oldu – YENİLƏNİB
Sentyabrın 22-də start götürmüş 17 yaşadək qızlar arasında DÇ-2012-yə bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, öncə saat 17:00-da 3-cü yer uğrunda matç keçirilib. Bu oyunda Almaniya Qana ilə üz-üzə gəlib.

Artıq bir dəfə dünya çempionatının bürünc medalını boyunundan asan Almaniya yığması bunu 2-ci dəfə etməyə çalışsa da, istəyinə çatmayıb. Qana bürünc medal uğrunda matçda qalib gələrək, tarixində ilk dəfə mükafatçı olub.

Günün qarşılaşması olan final matçı isə saat 20:00-da başlayıb. B qrupunda öz aralarında oyunu 1:1 hesabı ilə nəticələnən KXDR yığması bu dəfə dünya çempionluğunu müəyyənləşdirən matça çıxıblar.

Fransa finala ilk dəfə vəsiqə qazanan Avropa komandasıdırsa, KXDR yığması 4 il bundan öncə Yeni Zellandiyada başları üzərinə qaldırdıqları kuboku 2-ci dəfə qazanan ilk komanda kimi tarixə düşmək istəyirdi. Fransızlar hesabı aşdığı oyunda 2-ci hissədə buraxdığı qolla finalın taleyini penaltilər seriyasına çatdırdı. Burada da uzun müddət bərabərlik oldu və nəhayət, avropalılar qalib olub.

Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

17:00. Almaniya – Qana - 1:0
QOL: Priscilla Okyere, 38

20:00. Fransa – KXDR - 1:1 (penaltilərdə - 7:6)
QOLLAR: Lea Deklerkq, 33 - Ri Un Sim, 79

Penaltilər: Toletti, (1:0), Hva, (1:0), Deklerkq, (2:0), Bok (2:1), Beti (3:1), Qyonq (3:2), Romaneilli (3:2), Mi (3:3), Kaskarino (4:3), Yanq (4:4), Brenau (5:4), Sim (5:5), Karage (6:5), Suk (6:6), Diani (7:6), Yonq (7:6)