Millimiz Aleksandr Səmədovu əsəbiləşdirdi
16.10.2012 - 23:29
"İlk hissədə xeyli qol epizodlarımız oldu. Lakin qol vura bilmədik. İkinci hissədə zaman keçdikcə əsəbləşirdik və sürətli oynamağa çalışırdıq. Ancaq alınmırdı. Allaha şükür ki, sonda qələbə qazana bildik". Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Səmədov yığmamızla oyundan sonra (1:0) deyib.
Azərbaycan əsilli futbolçu millimizlə matçın onun üçün prinspial xarakter daşımadığını bildirib: "Gördüyünüz kimi, biz uzun müddət qol vura bilmədik. İlk yarıda və ikinci hissənin əvvəllərində bütün cəhdlərimiz boşa çıxırdı. Lakin matçın sonlarına doğru istəyimizə nail olduq. Bu görüş mənim üçün prinspial xarakter daşımırdı.
Kapello bu oyunun çətin keçəcəyi ilə bağlı bizi xəbərdar etmişdi. Biz də bunu yaxşı başa düşürdük. Çünki Portuqaliya millisi də Azərbaycana uzun müddət qol vura bilməmişdi. Bu oyuna hazır idik. Təbii ki, böyük hesabla da qalib gələ bilərdik. Ancaq əsas qələbə idi ki, bunu da bacardıq".

0
0