Azərbaycan yığmasından “Liverpul”a getmək şansı
17.10.2012 - 16:58
Azərbaycan yığmasından “Liverpul”a getmək şansı
Dünya futbolunun nəhənglərindən olan İngiltərənin “Liverpul” klubu istedad axtarışına çıxıb. Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar bu məqsədlə 17 yaşadək futbolçulardan ibarət milli komandaların da yarışlarına da diqqət ayırır.

Premyer Liqa təmsilçisinin skautu bu yaş qrupunda Avropa çempionatının seçmə mərhələ qarşılaşmalarında iştirak edəcək. Özü də “Liverpul”u təmsil edən Pol Lou Azərbaycan millisinin də oyunun izləyəcək.

Belə ki, Lou Təbriz Həsənovun yetirmələrinin yer aldığı qrupun Bolqarıstanda baş tutacaq görüşlərinə ezam olunub. O, birisi gün – oktyabrın 19-da baş tutacaq hər 2 matçı izləyəcək. Əvvəl Polşa və meydan sahiblərinin Slivendə keçiriləcək görüşünə baxacaq Lou oradan da Stara-Zaqoraya yollanacaq. İngiltərəli orada Azərbaycan və İspaniya millilərinin qarşılaşmasında oyunçuları nəzərdən keçirəcək.

Bu, Azərbaycan yığmasının üzvləri üçün də Böyük Britaniyaya yollanmaq şansı yaradır. Belə ki, cəmi 1 görüşdə diqqəti cəlb etməklə ən azı “Liverpul”un maraq dairəsinə düşmək olar.