Rusiyalı futbolçu hakimin səhvini etiraf etdi
17.10.2012 - 17:06
Rusiyalı futbolçu hakimin səhvini etiraf etdi
“Artıq yığmamızı qrupun favoriti hesab etmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin keçmiş müdafiəçisi Yevgeni Buşmanov deyib.

DÇ-2014-ün seçmə mərhələsində millimizlə oyun barədə danışan Buşmanov böyük hesablı qələbə qazanmağın mümkün olduğunu bildirib: “Əgər erkən qol vura bilsəydik, oyun bizim üçün daha uğurlu alına bilərdi. Onda darmadağına da ümid edə bilərdik. Ancaq uşaqlar bir müddət öncə portuqallar qarşı ağır oyun keçirdiklərini nəzərə alsaq, hesabın bizim üçün uğurlu alındığını deyə bilərik”.

Buşmanov penalti epizodunu da dəyərləndirib: “Qayda pozuntusu var idi, amma cərimə meydançasının kənarında. Buna baxmayaraq, nəticə ədalətli oldu. Bizim komanda daha güclü idi. Daha bir neçə epizod oldu ki, hakim penalti təyin edə bilərdi”.